Mübariz İbrahimovun şərəfinə medal təsis edildi - Foto

Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şərəfinə medal təsis edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Alyansın sədri Elmar Məmmədov məlumat verib.
“M.İbrahimovun şərəfinə medalın təsis edilməsi Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunub”, - E.Məmmədov bildirib.
O vurğulayıb ki, M.İbrahimovun adı Azərbaycanın hüdudlarından kənarda geniş tanınmalıdır.