Mübariz İbrahimovun atası sabah evə buraxılacaq

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası  Ağakərim İbrahimov dünən ürəyindən əməliyyat olunub.

O, ürək damarlarında yaranan tıxanmaya görə Mərkəzi Klinik Xəstəxanada açıq əməliyyat edilib.

Modern.az-ın əməkdaşı Ağakərim İbrahimovun vəziyyəti ilə maraqlanıb. Mübariz İbrahimovun böyük qardaşı Bəhruz İbrahomovun sözlərinə görə hazırda atasının vəziyyəti  çox  yaxşıdır.  Həkimlərin icazəsi ilə sabah evə buraxılacaq.