Mövlud və iftar məclisi təşkil edilib

Martın 26-da Gürcüstan İslam Araşdırmalar Mərkəzi tərəfindən Marneuli rayonunda iftar süfrəsi təşkil olunub.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, iftar məclisi həm imam Həsənin (ə) mübarək mövludu, həm də elmi mərkəzin iki illik fəaliyyəti münasibətilə təşkil olunub.

Gənc ruhani Fədai Nacinin təqdimatı ilə baş tutan məsclis mərkəzin direktoru Dr. Hacı Fariz Rəcəbovun bayram təbriki ilə açıq elan edilib.

Ardınca dəyərli ruhanilər – Gürcüstan Müsəlmanlar İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev, Hacı Əli Əliyev, Əl-Mustafa Beynəxlaq Universitetinin Gürcüstan üzrə rəsmi nümayəndəsi Həsən Yusifzadə öz təbrik və tövsiyələri ilə çıxış ediblər.

Məclisin sonlarına yaxın dəyərli imamcümə Hacı Hacıyev və Hacı Fariz Rəcəbovun təqdimatı ilə bir sıra jurnalistlərə, həmçinin Əhli-beyt (ə) məclislərində xidmət göstərən İmam Hüseyn (ə) heyətinə fəaliyyətləri üçün hədiyyələr təqdim edilib.

Həmçinin Əhli-beyt (ə) məddahı Said Həsən öz ilahi nəğmələri ilə məclisin əhval-ruhiyyəsini artıraraq çıxış edib.

Sonda Gürcüstan İslam Araşdırmalar Mərkəzi adından İmam Həsənin (ə) mövludu münasibətilə tort kəsilib.