Moskvada Allahşükür Paşazadə ilə Patriarx Kirill arasında görüş keçirilib

Moskvada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb.

Operativtv.com APA-nın Moskva müxbirinə istinadən məlumatına görə, Rusiyanın Patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəni səmimi salamlayaraq şəxsi görüşlərin əhəmiyyətini vurğulayıb.