"Mənim fikrimcə, İvanişvili Qaribaşvilini və Liluaşvilini tutmayacaq, bir neçə səbəbdən".
Bunu Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili “Facebook” səhifəsində yazıb.
O qeyd edib ki, onlara bədbəxt hadisə baş verə bilər və ya hansısa “gözlənilməz xəstəlik” tutar, amma həbs gözləmirlər.
“Mənim fikrimcə, İvanişvili Qaribaşvilini və Liluaşvilini tutmayacaq, bir neçə səbəbdən – onlar Erosi Kitsmarişvilinin (Rustavi 2 telekanalının həmtəsisçisi Erosi Kitsmarişvili 2014-cü ilin iyulunda öz avtomobilində ölü tapılıb - Red.) 'özünüöldürməsi' və sonra Erosun ailəsinin susdurulması haqda həqiqəti bilirlər.
Onlar Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda iştirak ediblər və həmçinin 2022-ci ildən rus pullarının yuyulmasında da.
Onlar Rustavi həbsxanasında mənim zəhərlənməyimlə bağlı bütün detallarını bilirlər, buna görə onlara bədbəxt hadisə baş verə bilər və ya hansısa 'gözlənilməz xəstəlik' tutar, amma məncə, həbs gözləmirlər" , - deyə Mixeil Saakaşvili sabiq Baş nazir İrakli Qaribaşvili və Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili barədə yazıb.
Mixeil Saakaşvilidən gündəmə oturacaq Qaribaşvili, Liluaşvili iddiası