"Milan" qələbə qazandı

İtaliya A Seriyasında XXI turun oyunları keçirilir.

Çempionluq mübarizəsi aparan "Milan" evdə "Leççe" ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xallarını 46-ya çatdıran "Milan" ikinci pillədə qərarlaşıb. Turnir cədvəlinə 49 xalla "İnter" başçılıq edir.