Məcid Məcidi "Məhəmməd (s) Allahın elçisi" filmini Azərbaycana satdı

İranın dünya şöhrətli kino rejissoru Məcid Məcidi Azərbaycan şirkəti ilə "Məhəmməd (s) Allahın elçisi"  filminin bu ölkəyə satılması, dublaj edilməsi və yayılması barədə razılaşıb.
 
Maide.Az "İQNA"a istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının İslami əlaqələr və mədəniyyət təşkilatının informasiya portalı xəbər yayıb.
 
M.Məcidinin "Məhəmməd (s) Allahın elçisi" filmi İran İslam Respublikası mədəniyyət həftəsi çərçivəsində  Bakıda ekran edilmişdi. 
 
Ölkəmizdə böyük sevgi və maraqla qarşılanan filimin satılması, dublajı və ekranı barədə "CinemaPlus" şirkətinin nümayəndəsi Cəfər Axundazadə ilə razılaşma əldə olunub.