Prokuror təqsirləndirilənlərin məhkəmə zalında həbs edilməsini istəyib
“Leyla Şıxlinskaya Klinikası”nın keçmiş işçiləri, şəxsən onun özünün şikayəti əsasında məsuliyyətə cəlb olunan 7 nəfərin – sabiq baş müsahib Şəhla Abbasova, müavini Polad Əliyev, mühasib Səkinə Qasımova, kassir Aytən Hüseynova, Yelena Abdullayeva, Nigar Rzaquliyeva və Mədinə Hüsiyevanın işi üzrə 1 il 3 aydır davam edən məhkəmə istintaqı başa çatıb.
Fevralın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxslərə cəza istəyib. O bildirib ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə irəli sürülmüş ittiham təsdiqini tapıb. Prokuror Şəhla Abbasova və Polad Əliyevə 9 il, Səkinə Qasımova, Aytən Hüseynova, Nigar Rzaquliyeva və Mədinə Hüsiyevaya 5 il, Yelena Abdullayevaya isə 2 il azadlıqdan məhrumetmə cəzası verilməsini, onların məhkəmə zalından həbs olunmasını istəyib.
Klinikanın keçmiş işçiləri dörd il əvvəl Leyla Şıxlinskayanın özünün hüquq-mühafizə orqanlarına şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunublar.
Xalq artisti onları əlbir olub, klinikanın 800 min manatdan çox vəsaitini mənimsəməkdə ittiham edir. L.Şıxlinskaya özü məhkəməyə gəlməkdən imtina edib. Nümayəndəsi isə təqsirləndirilən şəxslərə qarşı 804 min manatlıq mülki iddia qaldırıb.
Klininkanın keçmiş işçiləri özlərini təqsirli bilmirlər. Onlar məhkəmədə bildiriblər ki, məvaciblərin az göstərilməsi, sənədlərdə məbləğlərin aşağı salınması və s. hallar birbaşa L.Şıxlinskayanın özünün göstərişilə baş verib. Təqsirləndirilən şəxslərin sözlərinə görə, L.Şıxlinskaya vergidən yayınmaq məqsədilə sənədlərdə rəqəmlərin daha aşağı göstərilməsini tapşırmışdı.
Bu iş üzrə istintaqı əvvəlcə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, daha sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi aparıb.
Məhkəmə fevralın 12-nə qədər təxirə salınıb.
Leyla Şıxlinskayanın işçilərinə 2 ildən 9 ilə qədər həbs tələbi

Oxşar xəbərlər