Kərbəlada “Nimeyi Şaban” mövluduyla bağlı “tibbi səfərbərlik”

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, İraqın Kərbəla Tibb İdarəsi “Nimeyi Şaban” mövluduyla bağlı “tibbi səfərbərlik” elan edib.

Belə ki, çox sayda zəvvarın gələcəyi mövlud tədbirlərinə çox sayda tibb işçisi cəlb olunub.

Mövlud günlərində təcili yardım otaqları, həmçinin təcili tibbi yardım maşınları mümkün hadisələrlə baölı ilk tibbi yardım göstərəcəklər.

Bundan başqa tibb işçiləri içməli su, qidalara nəzarət edəcək, yoluxucu xəstəliklərin yayılmaması üçün profliaktik tədbirlər də həyata keçirəcək.

Qeyd edək ki, Şaban ayının 15-i (Nimeyi Şaban adlandırılır) 12-ci İmam, Həzrət Mehdinin (ə.f) mübarək mövlud günüdür və İraq ziyarətgahlarına bu günlərdə zəvvarlar axın edirlər.