KİV: Somalidə silahlılar nəqliyyat nazirini öldürüblər

Əl-Şəbab silahlıları Somalinin Qalmuduq əyalətində Nəqliyyat və Aviasiya Departamentinin naziri Fargio Abdi Vasugeni öldürüblər.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə bazar günü Somalinin Garove xəbər portalı məlumat yayıb.

Elektron nəşr qeyd edir ki, Fargio Abdi Vasuge yanvarın 28-də Moqadişuda xüsusi mühafizə olunan şəhər ərazisində olarkən hücuma məruz qalıb.