KİV: Bayden Netenyahuya ABŞ-ın İsrailin İrana hücumunda iştirak etməyəcəyini bildirib

ABŞ Prezidenti Co Bayden İsrail Baş naziri Binyamin Netenyahu ilə telefon danışığında Vaşinqtonun Təl-Əvivin İrana qarşı hücum əməliyyatında iştirak etməyəcəyini bildirib.

Bu barədə CNN telekanalı ABŞ administrasiyasının adını çəkilməyən nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd edək ki, Co Bayden bundan əvvəl ABŞ hərbçilərinin bacarığı sayəsində İsrailə yönəlmiş PUA və raketlərin vurulduğunu bildirib.