İsveçin baş naziri: Türkiyə ilə bağlı açıqlamalarım yanlış anlaşıldı

İsveçin baş naziri Ulf Kristersson bildirib ki, ölkəsinin ötən həftə Stokholmun Türkiyənin NATO-ya üzvlük tələblərini yerinə yetirə bilməyəcəyinə dair bəyanatı “yanlış anlaşılıb”. İsveç baş naziri Türkiyənin deportasiya etmək istədiyi şəxslərlə bağlı yerli məhkəmə qərarlarından sonra “fəaliyyətə yer olmadığını” ifadə etmək istədiyi mesajını verib. Kristersson ötən həftə verdiyi açıqlamada İsveçin NATO-ya tam üzvlüyünü təsdiq etməyən Ankara üçün "Türkiyə bizim edə bilmədiyimiz şeyi bizdən istəyir və vermək istəmir" ifadəsini işlədib.

Mövzu ilə bağlı paytaxtda mətbuatın suallarını cavablandıran İsveç baş naziri ölkəsinin terrorla mübarizə qanunlarını gücləndirdiyini ifadə edərək, "Türkiyə ilə tamhüquqlu üzvlük müraciəti ilə bağlı məsələlərdə danışıqların çox yaxşı getdiyini" bildirib. Türkiyənin terrordan ən çox təsirlənən ölkələrdən biri olduğunu qeyd edən Kristersson, “Biz xüsusilə terrorla mübarizə sahəsində verdiyimiz şeyi edirik” deyib. Naziri “Bununla yanaşı, hökumətin Türkiyəyə deportasiya məsələlərində də müəyyən məhdudiyyətlər olduğunu bildirərək, “Türkiyə bəzən İsveçdən ekstradisiya etmək istədiyi şəxslərin adlarını verir. Məlumdur ki, bu məsələ ilə bağlı İsveç qanunvericiliyi çox aydındır: bu qərarları məhkəmələr verir, hökumətin bunu dəyişməsinə yer yoxdur”- deyib.

Kristersson "bu məsələ işlərin yaxşı getdiyinə kölgə salmamalıdır" fikrini bildirib. İsveç məhkəməsi ötən həftə Türkiyənin ekstradisiyasını tələb etdiyi Bülent Keneşin ekstradisiyasını əngəlləyib. Kristersson qeyd edib ki, NATO-nun genişlənməsi ilə bağlı hər bir üzv ölkənin daxili qayğılarına hörmətlə yanaşır. “Türkiyənin və digər 30 NATO ölkəsinin ratifikasiya olub-olmaması ilə bağlı öz qərarlarını verməsi faktına hörmətlə yanaşırıq” və əlavə edib ki, alyans üzvləri onun ölkəsinə güclü dəstək veriblər.