İsrailli məhbuslar yalnız danışıqlarda tələbləri yerinə yetirildikdən sonra azad ediləcək

HƏMAS-ın xarici işlər üzrə rəhbəri Xalid Məşəl Qəzza zolağındakı israilli məhbusların yalnız danışıqlarda tələbləri yerinə yetirildikdən sonra azad ediləcəyini açıqlayıb.

HƏMAS-ın verdiyi yazılı açıqlamaya görə, Məşal İordaniyada keçirilən tədbirdə çıxış edib. O, İsrail və HƏMAS arasında atəşkəs və əsir mübadiləsi danışıqları ilə bağlı Həmas həm danışıqlar masası arxasında, həm də meydanda vuruşduğunu bildirərək hər iki halda qalib gələcəyini deyib.

Məşəl danışıqlarda Qəzzaya hücumların dayandırılması, İsrail qüvvələrinin geri çəkilməsi, məcburi köçkünlərin öz evlərinə qaytarılması, humanitar yardımların daxil olması, blokadanın qaldırılması və yenidənqurma işlərinin aparılmasında israrlı olduqlarını qeyd edib və deyib: Bu məqsədlərə çatana qədər məhbusları azad etməyəcəyik.

Danışıqların sərt şəkildə getdiyini bildirən Məşəl, meydanda müqavimətin gərgin mübarizəni davam etdirdiyini və yaxşı vəziyyətdə olduğunu ifadə edərək, "Bu, tarixi bir mübarizədir. Bəli, qüvvələr nisbəti bizim tərəfimizdə deyil, əksinədir. Allah bizimlədir, deməli ümmətimiz, haqq və ədalət də bizimlədir” deyib.

Bu mübarizənin beynəlxalq arenada “İsrailin çirkin üzünü” ortaya qoyduğunu vurğulayan Məşəl bütün liderlərdən, hökumətlərdən, siyasi qüvvələrdən və təşkilatlardan Qəzza xalqının yanında olduqlarını hiss etdirmələrini istəyib.