İsrail Qəzzanı bombalayıb, 16 nəfər həlak olub

İsrail ordusunun Qəzza şəhərində yaşayış evini bombalaması nəticəsində azı 16 nəfər həlak olub.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, şəhərin Əl-Səbra məhəlləsində yerləşən evin bombalanması nəticəsində daha onlarla mülki şəxsin yaralandığı bildirilir.

Məlumata görə, həlak olanların əksəriyyəti qadınlar və uşaqlardır.