İsrail daha bir məscidi tamamilə dağıdıb

İsrail ordusu Qəzza zolağının mərkəzi hissəsində yerləşən Ən-Nüseyrat Qaçqınlar Düşərgəsindəki evə hücum edib. Hücumlarda 3 fələstinli şəhid olub, bir məscid tamamilə dağıdılıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, səhiyyə mənbələrindən alınan məlumata görə, Nuseyrat Qaçqınlar Düşərgəsinin şimal-qərbində Əl-Ərəbi ailəsinə məxsus ev bombalanıb.

Hücumda 3 fələstinli şəhid olub. Bəzi fələstinlilərin də yaralandığı bildirilsə də, onların sayı verilməyib.

Nüseyratın şimal-qərbindəki Yeni Düşərgə bölgəsində yerləşən Həsən əl-Bənna məscidi də hücumda tamamilə dağıdılıb.

Sionist İsrail ordusunun düşərgənin şimalındakı Ərd əl-Müfti bölgəsinə atdığı raketlər nəticəsində bölgədə dərin dəliklər əmələ gəlib.