İranın Şiraz şəhərində müsəlman ziyarətgahına edilən silahlı hücum nəticəsində yeddi nəfər həlak olub.
Toplum TV bildirir ki, bu haqda avqustun 13-ü IRNA ( İran Dövlət İnformasiya Agentliyi) məlumat yayıb.
Agentilk Şah-Çıraq ziyarətgahına edilən hücumu "terror aktı" adlandıraraq iki məbəd işçisi və iki zəvvar da daxil olmaqla on nəfərin yaralandığını qeyd edib.
Əyalət qubernatoru Məhəmməd Hadi Manianın sözlərinə görə, silahlılar məbəd binasına girərək atəş açdıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınaraq zərərsizləşdiriliblər.
İŞİD terror qruplaşması türbəyə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Xatırladaq ki, İŞİD 2017-ci ildə ölkə parlamentinə və İslam Respublikasının qurucusu Ayətullah Ruhullah Xomeyninin məzarına qarşı yönəlmiş ikiqat partlayışlara görə məsuliyyəti öz üzərinə götürmüşdü.
İŞİD İranda törədilən hücumu üzərinə götürüb