İraqda ABŞ-ın hərbi helikopteri qəzaya uğrayıb, ölənlər var

İraqın qərbində yerləşən Ənbar vilayətində ABŞ-a məxsus hərbi helikopter qəzaya uğrayıb.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə “Reuters” hökumətdəki iki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, “Chinook” helikopteri “Black Hawk” helikopterini müşayiət edərkən qəza baş verib. 

Əl-Qaimə şəhərinin meri Əhməd əl-Məhləvi “Reuters”ə deyib ki, helikopterdə 7 nəfər olub. Həmin şəxslərin hamısı ölüb, onlardan 6 nəfərinin cəsədləri tapılıb. 

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı helikopterin qəzaya uğradığını və onun göyərtəsində amerikalı hərbçilərin olduğunu təsdiqləsə də, onlar arasında yaralananların və ya ölənlərin olub-olmadığını dəqiqləşdirməyib.

Hadisənin səbəbləri hələlik açıqlanmayıb.