İraq və ABŞ koalisiya qüvvələrinin çıxarılmasını müzakirə edəcək

İki gün sonra koalisiya qüvvələrinin İraqdan çıxarılması ilə bağlı İraq və ABŞ arasında ikinci görüşün keçiriləcəyi açıqlanıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İraq Xarici İşlər Nazirliyindən edilən yazılı açıqlamada deyilir: "Baş nazirin göstərişlərinə uyğun olaraq, danışıqlar masasına qayıtmaq üçün Amerika tərəfi ilə əlaqə saxlanıldı. Tərəflər danışıqların davam etdirilməsinə dair razılığa gəldilər".

Danışıqlarla bağlı ikinci görüşün bazar günü, fevralın 11-də keçiriləcəyi bildirilib və ilk görüşün yanvarın 27-də keçirildiyi xatırladılıb.

Yanvarın 25-də İraq ABŞ administrasiyası ilə İŞİD terror təşkilatına qarşı ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hərbi missiyasının dayandırılması və koalisiya müşavirlərinin tədricən ixtisarına dair vaxt cədvəlinin yaradılması ilə bağlı razılıq əldə edildiyini açıqlayıb.