İraq Hərbi Dəniz Qüvvələrinin 3 gəmisi Küveytin ərazi sularına daxil olub

   Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Küveyt İraqı onun ərazi sularına daxil olan üç dəniz gəmisini "dərhal" geri çəkməyə çağırıb. Küveyt Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, Küveytin İraqdakı səfiri Tarik əl-Fərəc İraq Xarici İşlər Nazirliyinin Ərəb Departamentinin rəhbəri, səfir Usamə ər-Rifai ilə görüşüb və İraqın üç gəmisinin Hərbi Dəniz Qüvvələri Küveytin ərazi sularını pozuğu ona bildirilib. Məlumata görə, gəmilərin ərazi sularından dərhal çıxarılmasını tələb edən bir memorandum yayımlanıb. İki ölkə arasında imzalanan və iki ölkə arasında dəniz sərhədinin çəkilməsinə əsaslanan Hur Abdullah müqaviləsində nəzərdə tutulduğu kimi Küveytin qardaş İraqla əməkdaşlığa hazır olduğu ifadə edilən bəyanatda Küveytin suverenliyinə toxunan hər hansı pozuntunun rədd edilməsi və qanuni vasitələrə uyğun cavab verməsi hüququnun qorunduğunu vurğulayıb.

Bəyanatda İraqın qardaşlıq əlaqələrini gücləndirəcək bütün məsələlərdə, iki ölkənin təhlükəsizliyini və regionun sabitliyini artıracaq şəkildə əməkdaşlığa çağırıldığı bildirilib. Hadisə ilə bağlı İraq rəsmilərindən hələlik heç bir açıqlama verilməyib.

Xatırladaq ki, İraq-Küveyt sərhədlərini müəyyən edən beynəlxalq Hur Abdullah sazişi iki ölkə hökumətləri tərəfindən 2012-ci ildə imzalanıb. Saziş, ümumilikdə, iki ölkə arasında dəniz nəqliyyatı sahəsində birgə əməkdaşlığı nəzərdə tutur. Küveyt-İraq sərhədindəki böhran, İraqın devrilmiş lideri Səddam Hüseynin 1990-cı ildə Küveyti işğal etməsindən sonra iki tərəf arasında uzun sürən sakitlikdən sonra yaranıb. İki ölkə arasında yüksək səviyyəli səfərlər, Küveytin İraqın Nəcəf şəhərində konsulluq açması və 2018-ci ilin fevralında Küveytin İraqın yenidən qurulmasına dəstək konfransı ikitərəfli münasibətlərdə baş verən mühüm hadisələrdən olub.