İranın xarici işlər naziri Hizbullah liderindən sonra Bəşər Əsədlə görüşüb

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Livandan sonra Dəməşqə yollanıb. O, burada Bəşər Əsədlə görüşüb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, İranın XİN rəhbəri bu gün Dəməşqə gələrək, prezident Bəşər Əsədlə görüşüb.

Tərəflər bu görüşdə qarşılıqlı əlaqələri, əməkdaşlığın müxtəlif sahələr üzrə genişləndirilməsi, habelə bir sıra regional məsələləri müzakirə ediblər.

Abdullahiyan ötən gün Livanda bu ölkə rəhbərliyi ilə görüşdükdən sonra Hizbullah hərəkatının lideri Həsən Nəsrullahla bir araya gəlib.

Abdullahiyan bu səfərdə İranın Livana müxtəlif sahələr üzrə dəstəklərini, xüsusilə də yanacağın təmin edilməsilə bağlı dəstəyini davam etdirəcəyini bildirib.