İranın BRICS-ə üzvlüyü əhəmiyyətli və effektivdir

 İran İslam İnqilabının beynəlxalq əlaqələr üzrə müşaviri Əli Əkbər Vilayəti İranın BRİCS-ə üzvlüyünün vacib və təsirli olduğunu vurğulayıb.

İran İslam İnqilabının Rəhbəri Ayətullah Xameneinin beynəlxalq əlaqələr üzrə müşaviri Əli Əkbər Vilayəti İranın BRİKS üzvü olan ölkələrlə əməkdaşlığının inkişafından və bu mühüm və inkişaf edən iqtisadi birliyə üzvlüyündən məmnun olduğunu bildirib və deyib: “ BRİKS qrupu bu iqtisadi qrupun çox dəyərli olacaq effektiv məqsədlərini həyata keçirmək öhdəliyi götürüb, üzvlərin sayının artırılması da daxil olmaqla mühüm addımlar planlaşdırıb. İranın BRİKS-ə daimi üzvlüyü də beynəlxalq və regional səviyyədə çox mühüm və effektivdir.”

Mehr xəbər agentliyinin xəbərinə görə, Vilayəti bu açıqlamaları verib: “İkinci Dünya Müharibəsindən sonra ABŞ dünya üzərində öz hökmranlığını inkişaf etdirməyə çalışsa da, indi BRİKS yeni ölkələri, o cümlədən, dünya iqtisadiyyatı, bu iqtisadi qrupun daimi üzvləri olmaq üçün İranı dəvət edib. Odur ki, üzv dövlətlərin fəaliyyəti və hərtərəfli səyləri inkişaf etməkdə olan ölkələrin müstəmləkəçiliyinə son qoyulması istiqamətində mühüm addım kimi qiymətləndirilə bilər.”