İranda neft emalı zavodunda partlayış olub

İranın cənubundakı Bəndər Abbas Neft Emalı Zavodunda baş verən partlayışda 2 nəfər yaralanıb.

Aftab Neft Emalı Şirkəti İranın cənubundakı Bəndər Abbasda baş verən hadisə ilə bağlı yazılı açıqlama yayıb. Açıqlamada Aftab neft emalı zavodunun sobalarından birinin təmiri zamanı qəza baş verdiyi, can itkisi olmadığı bildirilir.

Hadisə zamanı yaralanan iki nəfərin xəstəxanaya aparıldığı qeyd edilir.

Aftab neft şirkəti hadisə nəticəsində yanğın baş verməsi ilə bağlı yayılan xəbərləri təkzib edərək, müəssisədə hasilat prosesinin adi qaydada davam etdiyini açıqlayıb.