İran XİN rəhbəri: Son görüşlər İranla Azərbaycan arasında anlaşılmazlıqların aradan qaldırılmasına kömək edib

“Türkiyədə Azərbaycan və İran Parlament sədrilərinin görüşü iki ölkə arasında anlaşılmazlıqların aradan qaldırılmasına kömək edib.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

O, İran Parlamentinin sədri Məhəmməd-Baqir Qalibafın Türkiyəyə səfəri və burada Asiya Parlament Assambleyasının (APA) 13-cü plenar sessiyası çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə, habelə türkiyəli həmkarı ilə keçirdiyi görüşlərin əhəmiyyətindən danışıb.

Hüseyn Əmir Abdullahiyan bildirib ki, İranla Azərbaycan Parlament sədrilərinin bu görüşü iki ölkə arasında anlaşılmazlıqların aradan qaldırılmasına kömək edib və bu istiqamətdə yaxşı addımlar atılıb.

Bundan öncə İran Parlamentinin sədri də Türkiyədən Tehrana dönərkən səfərlə bağlı eyni açıqlamanı verib.