İran ABŞ-ın neft gəmisini ələ keçirib

Epidermoliz bulloz (EB) xəstələrinin qanuni şikayətindən sonra İran Amerikanın neft daşımalarını ələ keçirib.

  Qərb ölkələrinin və xüsusilə ABŞ-ın tətbiq etdiyi sanksiyalardan sonra bir İsveç şirkətinin Epidermoliz Bulloz (EB) xəstələri üçün lazım olan dərmanların satışının qarşısı alınıb, xəstələrə ciddi fiziki və mənəvi ziyan vurulub.

Epidermoliz bülloz (EB) xəstələri Tehran Beynəlxalq Əlaqələr Mülki Məhkəməsində ABŞ-a qarşı iddia qaldırıb.

Müvafiq olaraq, işin vəkili tərəfindən aparılan məhkəmə prosesi nəticəsində məhkəmə ABŞ-ın Fars körfəzində yerləşən ADVANTAGE SWEET gəmisindəki neft daşımalarına həbs qoyulmasına qərar verib və bu gəminin yükünə həbs qoyulub.