Həşdi Şabi İŞİD-ə qarşı geniş miqyaslı əməliyyata başlayıb

Bildirilib ki, İraqdakı Həşdi Şabi qüvvələri Ənbar vilayətində İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyata başlayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Həşdi Şabi qüvvələri və İraq ordusu Əl-Ənbar vilayətində İŞİD terror təşkilatına qarşı "Haqqın Vadisi-2" adlı genişmiqyaslı əməliyyata başlayıb.

İraq mediasının məlumatına görə, Əl-Ənbar əyalətindəki Həşd əş-Şabi müqavimət qrupunun əməliyyatlarının komandiri Qasim Muslih deyib:

"İraq ordusunun hava qüvvələri yeni təhlükəsizlik əməliyyatına dəstək verir".

Xəbərdə əməliyyatın məqsədinin İŞİD terror təşkilatının bölgədəki varlığına son qoymaq olduğu bildirilib.