Hollandiyanın adı rəsmi olaraq dəyişdirildi

Hollandiyanın adı artıq Niderland olub. 
 
"Adformatie”nin verdiyi məlumata görə, ölkənin qərb sahilini əhatə edən Hollandiyanın yerinə bütünlüklə ölkə Niderland adlanacaq.
 
Hollandiya dedikdə narkotik və qırmızı fənərlər küçəsinin xatırlandığını əsas götürərək, belə bir addım atılıb.
 
Rəsmi Amsterdam ölkənin yeni imicinin Niderland adı ətrafında formalaşdırılmasını planlaşdırır.