Hizbullahdan İsrailə qarşı uğurlu əməliyyat

Hizbullah Hərəkatı sionist İsrailin hərbi məntəqələrinə qarşı həyata keçirdiyi əməliyyatlarla bağlı açıqlama verib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Livanda yerləşən Al Mayadeen televiziyasına görə; Hizbullah Hərəkatı bu gün səhər saatlarında İsrailin Birket Rişe hərbi bazası ətrafında sionist əsgərlərə qarşı hücum həyata keçirdiklərini açıqlayıb. Hücumdan sonra hərbi bazadan tüstü qalxdığı görülüb.

Hizbullah həmçinin sionist əsgərlərin toplaşdığı yer olan əl-Rahab hərbi bazasının hədəfə alındığını bildirib.

Livan müqavimətinin verdiyi bəyanatda bildirilib:

"Sionist rejimin hücumlarına cavab olaraq, Amerikanın yaşıl işığı və qərblilərin şəriklik və susqunluğu ilə sionistlərin vəhşi hücumuna məruz qalan Qəzzə xalqına və onların müqavimətinə dəstək olaraq, sionist düşmənin mövqelərini hədəf almağa davam edirik. Belə ki, bu gün səhər saat birdə (çərşənbə axşamı) müqavimət döyüşçüləri əl-Rahab bazası ətrafında hərəkət edən bir qrup düşmən İsrail hərbi qüvvələrini artilleriya atəşi ilə hədəfə alıb".

Qeyd edək ki, oktyabrın 8-dən Livan sərhədində Hizbullah və işğalçı qüvvələr arasında qarşılıqlı hücumlar baş verir.