“Hizbullah” Qüdsə doğru çoxlu sayda uzaqmənzilli raket atıb

“Hizbullah”ın Livandan Qüdsə doğru çoxlu sayda uzaqmənzilli raket atdığı bildirilir.

"Times of Israel" nəşrinin məlumatına görə bu, davam edən döyüşlər zamanı “Hizbullah” tərəfindən həyata keçirilən ən uzun mənzilli raket hücumudur.

Məlumata görə Livanla sərhəddən təxminən 140 kilometr içəridə yerləşən bölgələrdə siren səsləri eşidilir.

İsrail ordusu tezliklər raket hücumları ilə bağlı məlumat veriləcəyini açıqlayıb. Livandan Qüds və onun ətraf ərazilərinə 100-dən çox raket atıldığı bildirilir.

Qüdsün ətraf bölgələrində elektrik enerjisinin kəsilməsinin infrastrukturun zədələnməsi səbəbindən baş verdiyi ehtimal olunur.

 

 

APA