Hizbullah Pakistandakı terror hücumunu pisləyib

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Livan Hizbullah Hərəkatı təkfirçi qrupların Pakistanın Pişəvər şəhərində ibadət edənlərlə dolu məscidə təşkil etdiyi və onlarla insanın ölümü və çoxlu sayda insanın yaralanması ilə nəticələnən terror aktını pisləyib. Hizbullahın bəyanatında deyilir: “Din arxasında gizlənən terror təşkilatlarının dəhşətli cinayətlər törətmək, müsəlman ölkələrində təhlükəsizlik və qeyri-sabitlik yaratmaq üçün israrlı olması bu qatillərin təqib edilməsi və cəzalandırılması üçün hökumətlər arasında sıx əməkdaşlıq tələb edir. Təkfirçi terror təşkilatlarının azğın düşüncələri üzə çıxarılmalı və kökü kəsilməlidir”.

Hizbullah həmçinin Pakistan hakimiyyətindən təhlükəsizlik tədbirlərini gücləndirməyi və bu cinayətkarların mühakimə olunmasını və terrorçuların fəaliyyətinin qarşısının alınmasını istəyib. Hizbullah hərəkatı bu terror aktında həlak olanların ailələrinə başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb. Pakistanın Peşəvər şəhərində törədilən terror aktında 90 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

BBC xəbər agentliyi mövzu ilə bağlı bu açıqlamanı verib: “Taliban polisi hücumda ölənlərin əksəriyyətinin günorta namazını qılmaq üçün məscidə gedən polislər olduğunu bildirdi. Bu hücuma görə məsuliyyəti Pakistandakı “Təhrik-i-Taliban” terror təşkilatı öz üzərinə götürüb. Bu təşkilat komandirlərinin Pakistan qüvvələri tərəfindən öldürülməsinin qisasını almaq üçün hücumu həyata keçirdiyini bildirib.