Hizbullah İsrailin Əl-Bağdadi bazasını vurub

Bildirilib ki, Livan Hizbullah Hərəkatı Borkan raketi ilə sionist İsrailin əl-Bağdadi hərbi bazasını hədəf alıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Livanda yerləşən Əl Mayadeen telekanalı Hizbullah Hərəkatının Burkan raketi ilə sionist İsrailin əl-Bağdadi hərbi bazasını hədəf aldığını bildirib.

Hizbullah İnformasiya Mərkəzinin bu gün verdiyi bəyanatda bildirilib:

"İslami Müqavimət Mücahidləri Qəzza zolağında qərarlı Fələstin xalqına və onların cəsur və şərəfli müqavimətinə dəstək olmaq üçün bu səhər düşmənin Əl-Bağdadidəki hərbi bazasını Burkan raketləri ilə vurdular".

Oktyabrın 8-dən Livan sərhədində Hizbullah və işğalçı qüvvələr arasında qarşılıqlı hücumlar baş verir.