Hizbullah İsrail rejiminin hərbi mövqelərini raket və PUA ilə hədəfə alıb

 Livan Hizbullah Hərəkatı bildirib: “İşğal olunmuş Fələstinin şimalında və Mayan Baruç qəsəbəsində sionist rejim hərbçilərinin mövqləri raket və pilotsuz təyyarə ilə hədəfə alındı və bir neçə işğalçı öldü və yaralandı.”

Livan Hizbullahı cümə günü: “Əl-Mənarada işğalçı hərbçilərdən ibarət qrupun mövqelərinə raket zərbələri endirildi, bu hücum nəticəsində işğalçı qüvvələr öldürüldü və yaralandı.” söyləyib.

Hizbullah başqa bir əməliyyatda isə Mayan Baruç qəsəbəsində yerləşən sionist rejim hərbilərinin toplaşdığı yeri intiharçı pilotsuz təyarrə ilə hədəfə alıb.

Digər tərəfdən, işğalçı sionist rejimin təyyarələri Livanın cənubundakı Ramya kəndi və onun ətrafını bombalayıb. İşğalçıların təyyarələri Ayta əş-Şəab kəndini də hədəfə alıb. Həmçinin, sionist rejimin artilleriyası Ramya və Beyt Leyf kəndlərinin ətrafını güclü şəkildə hədəfə alıblar.

 

İRNA