Hizbullah: Biz heç vaxt Livan və Fələstin maraqlarını bir-birindən ayıra bilməmişik

Hizbullah baş katibinin müavini müqavimətin Livanın müstəqilliyi və şərəfinin qarantı olduğuna və əsas zərurət olaraq görüldüyünə işarə edərək, düşmənin Livan vətəndaşlarına qarşı təcavüzünə "gözə göz" tənliyi ilə cavab verəcəyimizi vurğulayıb.

Hizbullah baş katibinin müavini Şeyx Naim Qasim müqavimətin Livanda güclü şəkildə mövcud və hazır olduğunu və bu müqavimət olmasa Livanın müstəqilliyinə və ləyaqətinə sahib olmayacağını bildirib.

O, müqavimətin Livanın müstəqilliyi və ləyaqətinin qarantı olduğuna işarə edərək dedi: “Bunun sübutu sionist rejimin 1982-ci ildə fələstinliləri qovmaq üçün Livana daxil olması və Tunisə gedən fələstinlilər kimi tarixdə baş verən hadisələrdir. Sualımız belədir: İsraillilər nə üçün 18 il Livanda qaldılar? Bunun cavabı; “İşğalçılar Livanın cənubunda qəsəbələr salmaq və fələstinli qaçqınları orada yerləşdirmək istəyirdilər”.

Naim Qasim, İsrailin Livandakı siyasi prosesləri nəzarətdə saxlamağa çalışdığını, lakin qızıl ordu-millət və müqavimət üçbucağı çərçivəsində müqavimətin sionistləri iflasa uğratdığını, bunun müqavimətin təməl ehtiyac olduğunu göstərdiyini vurğulayıb.

Hizbullahın bu rəsmisi davamlı olaraq müqavimətin silahlarından danışanlara xitab edərək, hər kəsin həqiqətən də bir insanın silahsız döyüşə bilməyəcəyini bildiyini bildirərək, bu müqavimət və onların silahları olmasaydı, sionistlərə qarşı heç bir dayandırıcı güc olmayacağını söyləyib.

"Livan müqaviməti ilə sionist düşmən arasındakı hazırkı qarşıdurma xüsusilə Qəzzaya dəstək məqsədi daşıyır, eyni zamanda bu, Livana böyük xidmət sayılır. Çünki İsrailə qarşı müqavimət hələ də davam edir deyə sionistlər indi də Livana hücum edir. Biz heç vaxt Livanın maraqlarını Qəzzanı dəstəkləməkdən ayıra bilmərik, Livan və Fələstinin maraqlarını da ayıra bilmərik. Bəli, doğrudur, bizim prioritetimiz Qəzzanı dəstəkləməkdir, amma Qəzzanı dəstəkləmək Livanı dəstəkləməkdən ayrıdırmı? İşğalçı düşmənlə üz-üzəyik və yaxşı olar ki, təşəbbüsü ələ keçirək və bu düşmənin bizə qarşı fəaliyyət göstərməsinə imkan verməsin. Aydındır ki, bu düşmənə meydan verilməməlidir və o, bizim pusquda olduğumuzu başa düşməlidir”.

Şeyx Nəim Qasim həmçinin sionistlərin livanlı dinc əhaliyə qarşı hücumlarının artdığına işarə edərək vurğulayıb: "Bu gün düşmən Baalbək, Qərbi Bekaa və ya Livanın hər hansı bir yerində dinc əhaliyə qarşı hücumlarını genişləndirməyə çalışır. Bununla belə, işğalçılar bilməlidirlər ki, bütün bu hücumları mütləq lazımınca cavablanacaq necə ki, bundan öncə də yetərli cavablara şahidlik ediblər.

Biz heç vaxt vətənimizi, millətimizi müdafiə etməkdən çəkinmirik və nəyin bahasına olursa-olsun bunu davam edəcəyik. Bir daha buradan bildiririk ki, düşmənin hücumlarına cavab verir və etdiklərinin əvəzini onlar ödədəcəyik.”