Hacı İlqar Rəcovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib

Martın 13 -də Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik ittihamı ilə həbs edilən ruhani Hacı İlqar Rəcovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Prosesdə ruhani Hacı İlqar Rəcov özü də iştirak edib.
Yaxınlarının bildirdiyinə görə, artıq ikinci dəfədir ki şahidlər məhkəməyə gəlmir və məhkəmə təxirə düşür. "Bu gün keçirilən iclasda vəkil Elçin Sadıqov şahidlərin gətirilməməsinə etiraz edib və məhkəmə polis şahidlərin gətirilməsi üçün DİN-ə məktubla müraciət edəcəyini deyib"
Növbəti məhkəmə iclası aprel ayının 24-ü saat 17:00-a təyin olunub.
Qeyd edək ki, Ruhani Hacı İlqar Rəcov 2023-cü ilin fevral ayının 1-də polis tərəfindən saxlanılıb.
Ruhani saxlanılan zaman gözünün qabağında cibinə narkotik qoyulduğunu bildirib. O son günlər İran və Azərbaycan arasında münasibətlərin gərginləşməsi fonunda şərlənərək həbs edildiyini bildirib.
 
 
Maidə.az