Gürcüstan futbolu tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazanıb

Gürcüstanın futbol komandası Tbilisidə Yunanıstan millisini 11 metrlik cərimə zərbələri ilə məğlub edərək Gürcüstan futbolu tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazanıb.

Qarşılaşmadan sonra Gürcüstanın paytaxtında kütləvi bayram tədbirləri keçirilib.

AVRO-2024 turniri iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Gürcüstan millisi Avropa çempionatında F qrupunda mübarizə aparacaq. Rəqibləri PortuqaliyaÇexiya və Türkiyə komandaları olacaq.