FT: Aİ-də Rusiya neftinə qiymət tavanının tətbiqi ilə bağlı danışıqlar dalana dirənib

 Polşa və bəzi digər ölkələrin marjinal dəyərin azaldılmasını tələb edən mövqeyi ucbatından Brüssel Rusiya neftinə qiymət limitinin müəyyən edilməsi məsələsində hələ də fikir ayrılıqlarını aradan qaldıra bilmir. 

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə bazar günü Financial Times qəzeti məlumat yayıb. 

"Nəşrin yazdığına görə, “son günlərdə danışıqlar dalana dirənib, çünki Polşa Avropa Komissiyasının təklif etdiyindən daha aşağı qiymət tavanının tərəfdarı olan ölkərin səylərinə rəhbərlik edir. Jurnalist bildirir ki, diplomatların sözlərinə görə, bu məsələ dekabrın 5-də qədər artıq həll olunmalıdır. 

Polşa rəsmilərindən birinin qeyd etdiyi görə, Polşa hökuməti qiymət həddini prinsipcə dəstəkləyir, lakin onu “son dərəcə yüksək” hesab edir.  

Eyni zamanda, Yunanıstan, Malta və Kipr kimi böyük gəmiçilik şirkətləri olan ölkələr də daxil olmaqla, digər Aİ-yə üzv ölkələr Rusiya neftinin ticarətini dəstəkləmək üçün kifayət qədər yüksək qiymət tələb edir. Məqalədə deyilir ki, belə bir mövqe çox güman ki, ABŞ tərəfindən dəstəklənəcək. 

Daha öncə verilən xəbərə əsasən, Aİ ölkələrinin diplomatları Rusiya neftinə qiymət tavanının tətbiqi ilə bağlı cümə gününə planlaşdırılan danışıqları gələn həftəyə təxirə salıblar. 

Rusiya nefti indi endirimlə 70 dollar/barel nisbətində satılır. Beləliklə, iqtisadi baxımdan bir barel üçün 65-70 dollar həddinin çox da əhəmiyyəti olmayacaq. Bununla belə, neft qiymətlərində yeni artım baş verərsə, bunun uzunmüddətli strateji təsirləri ola biləcyi gözlənilir. 

Avropalı ekspertlərin fikrincə, bu baxımdan Rusiyanın bu mexanizmə qoşulacaq ölkələrə tədarükləri dayandırması ilə bağlı ciddi risk mövcuddur. Digər neft hasilatçıları hasilatı kəskin artırmasa, bu, dünya bazarında qiymətlərin kəskin artmasına səbəb ola bilər.