Gürcüstan Apellyasiya Məhkəməsi bu ölkədə həbsdə olan azərbaycanlı cərrah, "Lancet" klinikasının həmtəsisçisi Fərman Ceyranlı ilə baglı qərarın elan edilməsini növbəti dəfə təxirə salıb. Sözügedən iş üzrə məhkəmə baxışı 2 ay əvvəl bitib.
Cərrahın qızı Lalə Hüseynli Azadlıq Radiosuna deyib ki, məhkəmə qərarını dünən elan etməli idi.
Onun sözlərinə görə, cərrahın apellyasiya şikayəti ilə baglı məhkəmə prosesi may ayında bitib. Məhkəmə qərarın iyun ayında açıqlanacağını elan edib. Ancaq artıq 4-cü dəfədir ki, qərarın elan edilməsi təxirə salınır.
F.Ceyranlı ilə baglı məhkəməni hüquqi yox, siyasi hesab edən yaxınları hesab edir ki, qərarın elan edilməsinin yubanması güman ki, Gürcüstanda siyasi durum, dəyişikliklərlə əlaqəlidir. Onlar məhkəmədən ədalətli qərar gözlədiklərini deyirlər.
F.Ceyranlı may ayında məhkəmədə son sözlə çıxış edərək, ona qarşı irəli sürülmüş, birinci məhkəmə instansiyasının da təsdiqlədiyi ittihamları təkzib edib. Deyib ki, cinayət işində qeyd olunan əməllərə görə, o, heç bir məsuliyyəti daşımır. O, məhkəmədən barəsində çıxarılmış hökmün ləğv edilməsini istəyib.
Ancaq prokuror Ceyranlı barəsində Tbilisi Şəhər Məhkəməsinin çıxardığı hökmün ədalətli oldugunu, həmin hökmün qüvvədə saxlanılmalı oldugunu bildirib.
* Əslən Gürcüstandan olan Fərman Ceyranlı 1980-ci illərdən Azərbaycanda yaşayıb, orada təhsil alıb və işləyib.
1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. O, bir neçə il əvvəl Gürcüstana gedərək "Lancet" klinikasının yaradıcılarından biri olub və ötən il mayın 22-də həbs edilib.
Fərman Ceyranlı Gürcüstan Cinayət Məcəlləsi ilə dələduzluqda, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətməkdə ittiham olunurdu. Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürməsindən sonra vəfat etmiş bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb.
Tbilisi Şəhər Məhkəməsi bu il fevralın 8-də ona 6 il həbs cəzası verilməsi haqda hökm çıxarıb. Hökmdə vurğulanır ki, məhkəmə zamanı cərraha qarşı irəli sürülmüş dələduzluq ittihamı təsdiqini tapıb.
Fərman Ceyranlı bildirib ki, o, Azərbaycandan verilən sifarişlə həbs edilib. O, bunu Azərbaycan müxalifəti ilə yaxın olması ilə izah edib.
Cərrahın bu açıqlamasına nə Azərbaycanın Prezident Administrasiyasından, nə də Gürcüstanın hüquq-mühafizə orqanlarından münasibət bildirilib.
Ancaq Azərbaycanda hakimiyyəti müdafiə edən şəxslər və bəzi deputatlar vurğulayıblar ki, Fərman Ceyranlının siyasi baxışlarına görə, həbs edildiyini deməsinin heç bir əsası yoxdur.
Fərman Ceyranlı barədə qərarın elan edilməsi 4-cü dəfə təxirə salınıb

Oxşar xəbərlər