Fransada Olimpiya Oyunlarının boykot edilməsi ilə əlaqədar petisiya başladılıb.
APA xəbər verir ki, petisiyanı “Bakı İnsan Hüquqları Klubu” İctimai Birliyinin sədri Rəsul Cəfərov başladıb.
Petisiyanın mətnini təqdim edirik:
"Olimpiya xartiyasına görə, Olimpizmin əsas məqsədi insan ləyaqətinin qorunmasına qayğı göstərən dinc bir cəmiyyət qurmaq üçün idmanın bəşəriyyətə xidmət etməsidir. Bu hədəfin 2024-cü ilin iyul ayında Parisdə keçiriləcək Olimpiya Oyunları ərəfəsində əldə ediləcəyi isə çox şübhəlidir.
27 iyun 2023-cü il tarixində Fransanın Nanter şəhərində heç bir ciddi təhlükə və ya ehtiyac olmadan 17 yaşlı Əlcəzair əsilli gəncin polis tərəfindən öldürülməsi Fransada kütləvi böhrana səbəb olub. Hadisə və onun nəticələri bir il sonra Parisdə Olimpiya Oyunlarında iştirak etməli olan müxtəlif irqlərdən və fərqli dini inanclardan ibarət idmançıların və nümayəndə heyətlərinin təhlükəsizliyi məsələsini qaldırıb. İnsan hüquqları və ayrı-seçkiliklə bağlı bir çox başqa müvafiq hallar var.
16 noyabr 1995-ci ildə Parisdə qəbul edilmiş tolerantlıq prinsipləri Bəyannaməsinə görə, tolerantlıq dünya mədəniyyətlərinin zəngin müxtəlifliyinə, ifadə formalarına hörmətdən keçir. Dözümlülük müxtəlifliyin harmoniyasıdır. Bu, təkcə mənəvi öhdəlik deyil, həm də siyasi və hüquqi tələbdir. Bu illər ərzində formalaşan Olimpiya hərəkatının prinsiplərinə Oyunlar zamanı təhlükəsizliyin təmin edilməsi, tolerantlıq və insan hüquqları kimi ümumbəşəri dəyərlərə hörmət də daxildir.
Bu çərçivədə 2024-cü il Olimpiya Oyunlarına cəmi 1 il qalmış rəsmi Paris yuxarıda qeyd olunan norma və prinsiplərə hörmət etmək və qorumaq öhdəliyini bəyan etməli və oyunların təhlükəsiz şəraitdə keçiriləcəyinə əlavə zəmanət verməlidir. Əks təqdirdə, 2024-cü il Paris Olimpiya Oyunlarını boykot etmək mövcud vəziyyətə ən düzgün cavab olardı.
Biz Beynəlxalq Olimpiya Komitəsini (BOK) nümayəndə heyətlərinin mühafizəsi, onların inanclarına, dinlərinə, idmançıların irqlərinə hörmətin vacibliyi məsələlərini dərhal Fransanın müvafiq dövlət qurumları qarşısında qaldırmağa çağırırıq və onları qaldırılan məsələlərlə bağlı tədbir planlarını açıq şəkildə təqdim etməyə çağırırıq. Adekvat cavab olmadıqda, BOK Parisdə Oyunların keçirilməsi barədə qərara yenidən baxılması üçün müvafiq prosedurları başlatmalıdır. Eyni zamanda, biz Olimpiya ailəsinin üzvü olan Milli Olimpiya təşkilatlarını bu məsələni həm Beynəlxalq Olimpiya Komitəsi, həm də Fransa rəsmiləri qarşısında qaldırmağa, 2024-cü ilin iyul ayında Parisdə keçiriləcək oyunların təhlükəsiz şəraitdə keçiriləcəyinə dair əlavə təminatlar tələb etməyə və lazımi addımlar atılmasa, oyunlarda iştirakdan imtina etməyə çağırırıq.
Bu ictimai bir vəsatətdir, tolerantlığa və insan ləyaqətinə əhəmiyyət verən hər kəs tərəfindən imzalana bilər. Həmrəyliyinizi bildirin! Kampaniyaya qoşulun və petisiyanı imzalayın!”
Fransada Olimpiya Oyunlarının boykot edilməsi ilə əlaqədar petisiya başladılıb