Əfqanıstanda XİN yaxınlığında partlayışda 21 nəfər ölüb, 25 nəfər yaralanıb

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı yerli hakimiyyətdə olan mənbələrinə istinadən məlumat yayıb.

Taliban hərəkatının nümayəndələri terrorçu-kamikadzenin paytaxt Kabilin mərkəzində yerləşən Xarici İşlər Nazirliyinin binasına daxil olmağa cəhd edən zaman özünü partladığını bildirib. Partlayış zamanı ölənlərin sayı 21-ə, yaralıların sayının isə 25-ə çatdığı bildirilir.