"Fələstinin yaradılmasının əleyhinəyəm" - Netanyahu

İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada baş verən hücumlardan sonra hər hansı bir şəkildə Fələstin dövlətinin qurulmasının əleyhinə olduğunu ABŞ rəhbərliyinə çatdırdığını bildirib.

İsrailin baş naziri Netanyahu Təl-Əvivdə keçirdiyi mətbuat konfransında bildirib ki, onlar “HƏMAS-a qarşı qəti qələbə” əldə olunana qədər Qəzza zolağına hücumları davam etdirəcəklər.

ABŞ mətbuatında çıxan "Vaşinqton administrasiyası Netanyahudan sonra Fələstin dövlətinin qurulması üçün hazırlıq görür" xəbəri ilə bağlı suala İsrailin baş naziri belə cavab verib: "Netanyahudan sonrakı gün. Bu, İsrail vətəndaşlarının əksəriyyətindən sonrakı gündür. Mən 30 ildir ardıcıl olaraq bir şeyi deyirəm”.Bu münaqişə dövlətin yoxluğundan yox, dövlətin mövcudluğundan gedir”. 

Birləşmiş Millətlər Təşkilatı (BMT) başda olmaqla beynəlxalq ictimaiyyətin qəbul etdiyi iki dövlətli həll təkliflərini rədd etdiyini və bu münasibəti ABŞ rəhbərliyinə çatdırdığını ifadə edən Netanyahu, “Baş nazirin “yox” demə qabiliyyəti olmalıdır" -Netanyahu bildirib.

Yalnız Qəzza zolağının gələcəyi ilə bağlı İsrailin bütün Qəzza üzərində təhlükəsizlik nəzarəti əldə etməsinə imkan verəcək razılaşmanı qəbul edəcəyini iddia edən Netanyahu bunu ABŞ rəsmilərinə dediyini iddia edib.

 

Unikal.az