Dünya ölkələrində korrupsiya indeksi açıqlanıb – Azərbaycan 126-cıdır

Transparency International təşkilatı korrupsiyanı qavrama indeksi üzrə qlobal hesabatı açıqlayıb.

Operativtv.com FED.az-a istinadən xəbər verir ki, 180 ölkəni əhatə edən hesabata görə, dünyada korrupsiyanın ən az olduğu ölkələr Danimarka və Yeni Zelandiya, ən çox olduğu ölkə isə Somalidir.

Azərbaycan bu hesabatda 180 ölkə arasında 126-cı yerdədir.

Hesabatda ölkələrdə korrupsiya səviyyəsi 100 ballıq sistemlə qiymətləndiridir. 100 bal korrupsiyanın olmadıını göstərir.

Ən az korrupsiya Danimarka və yeni Zelandiyadadır – bu ölkələr 87 balla 1-2-ci yeri bölüşürlər. Finlandiya 3-cü, Sinqapur, İsveç və İsveçrə isə 4-6-cı yerləri bölüşür. İlk 10-luğu Norveç Hollandiya, Almaniya və Lüksemburq tamamlayır.

Ən çox korrupsiya isə Somali, Cənubi Sudan və Suriyadadır. Ən pis vəziyyət olan ölkələrin sırasında Şimali Koreya, Əfqanıstan, Sudan və Venesuela da var.

Azərbaycan bu siyahıda 44 balla Cibuti, Qırğızıstan və Ukrayna ilə 126—129-cu yerləri bölüşdürür.  

Keçmiş sovet respublikaları arasında ən yüksək yeri Gürcüstan tutur – 44-cü yer.  Ermənistan 77-ci, Qazaxıstan 113-cü, Moldova 120-ci, Rusiya 137-ci, Özbəkistan və Tacikistan 153-cü yeri tutur. Türkmənistan 165-ci yeri tutur.