Dünya çempionatının ⅛ finalı turnir tarixində ən məhsuldar olub

Qətərdə keçirilən dünya çempionatı tarixində ən məhsuldar olan ⅛ final mərhələsi başa çatıb.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, pley-offun ilk mərhələsində səkkiz oyunda 28 qol vurulub. Bu, 1986-cı ildə dünya çempionatında təqdim olunduğu vaxtdan bəri ⅛ final mərhələsi rekordudur (penaltilər seriyasındakı qollar daxil deyil).

2022-ci il dünya çempionatının ⅛ finalında qol vurmaq baxımından ən məhsuldarı 7 qolun vurulduğu Portuqaliya – İsveçrə (6:1) oyunu olub.

Həmçinin turnirdə orta göstəricini (hər oyuna 2,64 qol) Hollandiya – ABŞ (3:1), Argentina – Avstraliya (2:1), Braziliya – Koreya Respublikası (4:1) oynları üstələyib. İngiltərə – Seneqal (3:0) və Fransa – Polşa (3:1). Bundan başqa, ⅛ final çərçivəsində Xorvatiya və Yaponiya (1:1, 3:1 pen.), eləcə də Mərakeş və İspaniya (0:0, 3:0 pen.) komandaları qarşılaşıb.

Qətərdə keçirilən dünya çempionatında 1/4 final mərhələsi dekabrın 9-da Xorvatiya – Braziliya (saat 19.00-da) və Hollandiya – Argentina (23.00) matçları ilə başlayır. Şənbə günü Mərakeş – Portuqaliya və Fransa – İngiltərə cütlərinin qarşılaşması ilə daha iki yarımfinalçısı müəyyənləşəcək.