Dövlət Sərhəd Xidmətinin baş-leytinantının intihar etdiyi deyilir

2026-cı il 2 yanvar tarixində Dövlət Sərhəd Xidmətinin Yevlax şəhərində yerləşən N saylı hərbi hissəsində intihar hadisəsi baş verib. 1988-ci il təvəllüdlü zabit – baş-leytenant Şamo Emin oğlu Əliyev odlu silahdan atəş açaraq intihar edib. Hərbçi Ağdam rayonu Çəmənli kənd sakinidir. Zabit ailəli olub, övladları var idi. DSX hadisə ilə bağlı rəsmi məlumat paylaşmayıb.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun 2025-ci il hesabatına görə, Dövlət Sərhəd Xidmətinin 11 hərbi qulluqçusu qeyri-döyüş şəraitində müxtəlif səbəblər üzündən həyatını itirib. Ümumilikdə 2025-ci ildə Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda ən azı 42 hərbi qulluqçu dünyasını dəyişib.

 

Arqument.az