Dövlət ittihamçısının iddiası təmin olunmayıb, Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb

Martın 27-də Bakı Apellyasiya Məhkəməsi dövlət ittihamçısının MBH üzvü barəsində qərardan verdiyi şikayətinə baxıb. Hakim Elbəy Allahverdiyev Bakı Ağır Cinayətlər Məhkəməsində Mirtofiq Hüseynov barəsində çıxarılan qərardan dövlət ittihamçısı tərəfindən verilən protestə baxıb. Hakim Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarını doğru olaraq qiymətləndirib və məhkəmənin 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasını qüvvədə saxlayıb.

Qeyd edək ki, Mirtofiq Huseynov 2023-cü il dekabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, CM-nin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə ittiham olunmuşdu.

Mirtofiq Huseynov Azərbaycanda kütləvi həbslərin həyata keçirildiyi ortamda saxlanılıb. 2022-ci il dekabrın 4-də həbs olunan inanclı istintaq dövründə işgəncələrə məruz qalıb.