“Dirilmə” və ya “Qiyamət günü” filmi

2011-2013-cü illər arası çəkilən və olduqca mükəmməl sənət əsəri olan “Dirilmə” dini filmi. Sosial mediada üzərindən treylerləri yayımlansa da film tam olaraq hələ də ümumi yayıma getməyib ki, buna da xüsusi səbəb var. Film Əhmədrza Dərvişin rejissorluğu və ssenarisi ilə ərsəyə gəlib. 2013-cü ildə İranda istehsal olunmuş bu dini-tarixi film kino tənqidçilərinin nəzərinə görə “Məhəmməd Rəsulullah (s)” filmindən xeyli irəlidədir. “Məhəmməd Rəsulullah (s)” filmində texniki ziddiyyətlər və hadisə bağlılıqlarındakı zəiflikləri seyr etmək olar. Amma “Dirilmə” filmi bu xüsusda çox fərqlənir. Film qısa zaman kəsiyində yayım hüququ qazanmasına baxmayaraq Fəcr Film Festivalının ən yaxşı santrekt üçün "Büllur Simurq" mükafatını qazana bilib.

“Dirilmə” filmi Mədəniyyət və İslami İrşad Nazirliyinin qanuni icazəsi ilə 24 iyul 2015-ci ildə ekranlara çıxır. Amma bir neçə saat sonra məzmunu, bəzi simaların təsviri ilə alimlərin və səlahiyyətlilərin müxalifəti ilə ekranlarından yığışdırılır.

Film Əbu Süfyanın oğlu Müaviyənin ölümündən sonra Yezid bin Müaviyənin özünü müsəlmanların xəlifəsi adlandırması və Mədinə valisinə məktub yazaraq Hüseyn bin Əlini (ə) beyətə məcbur edilməsi ilə başlayır. Yezid ibn Müaviyənin sarayında xüsusi qasid seçilən Bəkir bin Hürr, Yezid bin Müaviyənin məktubunu Mədinəyə çatdırmaq tapşırılır.

Çevik və enerjili bir gənc olan və həqiqəti axtaran Bəkr, Mədinədə Hüseyn bin Əlini (ə) öldürmək əmri verilən məktubun daşıyıcısı olduğunu işin gedişində anlayır. Bəkir Məkkədə Hüseyn İbn Əlinin (ə) düşüncələri və xətti ilə tanış ola bilir.

Eyni halda o, burada öyrənir ki, kufəlilər çoxlu məktublar göndərərək, Hüseyn bin Əlini (ə) Müaviyənin oğlu Yezidə qarşı qiyamda onlara kömək etmək üçün Kufəyə dəvət ediblər. Übeydullah bin Ziyad tərəfindən təyin olunan Hürr ibn Yəzid Riyahi və iki min atlı ilə birlikdə Bəkir də, Kufəyə doğru hərəkət edən Hüseyn ibn Əlinin (ə) karvanının qarşısını almaq üçün fürsət axtarır. Nəhayət onlar Kufə yaxınlığında Kərbəlada Hüseynin (ə) karvanını minlərlə Yezid əsgərinin əhatəsində mühasirəyə alırlar. Hadisələrin də məhz əsas hissəsi burada cərəyan edir.

Filmdə Müaviyənin vəfatından İmam Hüseynin (ə) şəhadətinə qədər həmin tarixi məqamda İslam tarixindən müxtəlif personajlar təsvir edilib. Həzrət Əbəl-Fəzl əl-Abbasın (ə) obrazının göstərilməsi filmi bir çox təqlidçilərin hədəfinə məruz qoyur. Məhz yayım hüquqıarını itirən film də Hz Abbasın (ə) obrazına görə qadağaya məruz qalır.

Filmin ssenari müəllifi və rejissor Əhmədrza Dərviş, prodüseri Tağı Əliqlizadə, operatoru Hüseyn Cəfərian, geyim üzrə rəssamı isə Məcid Mirfəxrayidir.