Danimarkada Quranın yandırılmasına Marneulidə belə reaksiya verildi

Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndindəki Hz. İmam Həsən (ə) Məscidində Məhərrəm ayının dördüncü günündə Qurani-Kərimin İsveç və 22 iyul tarixində Danimarkada yandırılmasına simvolik etiraz aksiyası keçirilib.

Aktual.ge xəbər verir ki, Qurani-Kərimdən bir neçə ayəni tilavət edən sözügedən Məscidin axundu Kərbəlayi Fuad İsayev müqəddəs kitaba qarşı atılan çirkin addımı qınadıqlarını bəyan edib və bu əməli törədənləri tənqid edib.

Ardınan müsəlmanlar əllərində Qurani-Kərim kitabları tutaraq "Allahu Əkbər" "Quran Kitabullah" şüarları səsləndiriblər.

"Biz bu gün bu məclislərin əsl hədəfi olan müqəddəs Qurana qarşı olan hörmətsizliyə etiraz olaraq Quranı öpub başımız üzərində tutmaqla, bu hörmətsizliyi edən və bu hörmətsizliyə haqq qazandırmaq istəyənlərə öz etirazımızı bildirdik. Bildiyimiz kimi, bir neçə həftə öncə İsveçdə və dünən də Danimarka da bir qrup Allahdan xəbərsiz, axmaqlar bu müqəddəs İlahi kitaba qarşı hörmətsizlik etdilər. Maraqlısı budur ki, bu iyrənc iş, mədəniyyət göbəyi Avropada baş vermiş olur və təəssüf ki, dünyanın gözü önündə bu iyrənc işi görənlər cəzalandırılmadan işlərinə davam edirlər. Biz bu gün, o iyrənc işi görənləri lənətliyərək və işləri görənlərin ən ağır şəkildə cəzalandırılmaları tələb edirik" , - söyləyib İlahiyyatçı Hacı Qurban Murquzov.

Xatırladaq ki, 22 iyul tarixində Danimarkanın paytaxtı Kopenhagendə İraq səfirliyi qarşısında bir qrup radikalçı müqəddəs Qurani-Kərimi yandırıb.