Daha bir MBH üzvü, Ceyhun Hacıyev saxlanılıb

Rejimin inanclılara qarşı həbs dalğası durmadan davam etməkdədir. 

Ölkədə şiə əqidə daşıyıcılarının təmizləmə siyasəti fonunda bu gün daha bir inanclı saxlanılıb. 

Müsəlman Birliyi Hərəkatının üzvü Ceyhun Hacıyev çalışdığı Mərkəzi Univermaqdan mülki geyimli şəxslər tərəfindən həbs edilib. 

Son məlumatlara görə inanclı Nəsimi Rayon polis idarəsinə aparılıb və barəsində narkotiklərlə bağlı ittiham irəli sürülərək həbs qətimkan tədbiri seçilib.

Azərbaycanda siyasi həbslər artıq bu ölkənin hər günki yaşam tərzinə çevrilib. Xüsusi olaraq hədəfə alinan inaclıların yer aldığı ortam artıq saylarının mini ötdüyü bir rəqəm üzərindən mənfi mənada artım tendensiyasını davam etdirməkdədir.