İnanclı, ictimai fəal Ceyhun Balaşovun vəziyyəti yenidən ağırlaşıb. Bu barədə məlumatı ailəsi verib. Ceyhun Balaşov avqustun 6-da müalicə aldığı Pentesiar Xidmətin Müalicə Mərkəzindən (PXMM) Kürdəxala 1 saylı təcridxanaya geri qaytarılmışdı. 18 gün mərkəzdə müalicədən sonra tibb persanalı onun səhhətinin yaxşı olduğu qənaətinə gələrək Ceyhunu yenidən Kürdəxanaya geri göndərmişdilər. Lakin üç gün sonra, avqustun 9-da Ceyhunun vəziyyəti yenidən dəyişib. Dəhşətli ağrılar səbəbindən o, hətta huşunu belə itirib. Bir gün sonra Ceyhun təcridxananın tibb hissəsinə gətirilərək ürəyindən kardoqrama edilib. Lakin xəstəliyə xüsusi diaqnoz qoyulması mümkün olmayıb. Onlar sinir problemini ehtimal ediblər.
Təcridxana rəhbərliyi Ceyhunun səhhəti haqqında ailəsini məlumatlandırıb. Avqustun 13-də ailəsi Ceyhunla görüşüb. Dəhşətli işgəncələrin yaratdığı fəsadlar Ceyhunun baş ağrıları ilə yanaşı günün müəyyən saatında hətta onu anlaqsız hala gətirir. Bütün bu hallardan narahat olan ailə üzvləri təcridxana rəhbərliyinə onun müalicəsi ilə bağlı lazım olan xidmətin göstərilməsi ilə bağlı razılığa gəliblər.
Avqustun 15 vəkili Rəsun Cəfərov müvəkkili ilə görüşmək üçün təcrixanaya getsə də, səhhətinin gərginləşməsi səbəbindən Ceyhun görüşə gələ bilməyib. Onun durumu ilə əlaqədar müəsisə rəhbərliyi ilə görüşən vəkil razılaşdırılaraq yenidən Ceyhunu Pentesiar Xidmətin Müalicə Mərkəzinə köçürülməsi ilə bağlı qərar qəbul ediblər. Ceyhun Balaşov sabah, avqustun 17-də müalicə mərkəzinə köçürüləcək.
Müsəlman Birliyi Hərəkatının üzvü Ceyhun Balaşov ölkədə anti Aşura layihəsi çərçivəsində sayı mini ötdüyü deyilən inanclılardan biridir və o fevralın 2-də saxlanılıb. Həbsinin ilk 5 ayını Şüvəlan təcridxanasında keçirən Ceyhun bir dəfə olsun belə səhhəti ilə bağlı problem yaşamayıb. İyulun əvvəlində vertual məhkəməyə çıxmaq üçün Kürdəxana təcridxanasına gətirilən (Şüvəlan təcridxanasında vertual xidmət üçün lazımı şərait yoxdur) Ceyhun iyulun 9-da ilk vertual məhkəmə iclasından sora amansızcasına döyülür. Vəziyyətinin ağırlaşması səbəbindən iyulun 14-də o, PXMM-nə köşürülür. 18 gün orada müaliicə alqdıqdan sonra Ceyhun Balaşov avqustun 6-da yenidən Kürdəxana Təcridxanasına geri qaytarılır. Lakin üç gün sonra avqustun 9-da onun səhhəti yenidən kəskin pisləşir.
Ailəsi bildirir ki, Ceyhun heç zaman səhhəti ilə bağlı hər hansı bir problem yaşamayıb. Onun Kürdəxana Təcridxanasında işgəncə alması başında dözülməz ağrılara yol açıb. Buna görə ailə Ceyhunun tamaqrafiya olunaraq başında döyülmə səbəbindən yarana biləcək problemi dəqiqləşdirmək istəyir. Müalicə Məkəzinə köçürülməsi də xüsusi olaraq bu problemin aradan qaldırılması üçündür.
Ceyhun Balaşovun vəziyyəti yenidən pisləşib