Çeçenistanda hicab taxmamaq qadağasına aydınlıq gətirildi

 Çeçenistan Respublikası Müsəlmanları Ruhani İdarəsi (ÇR MRİ) Çeçenistanda hicab geyinməyi məcbur edən bir “əmrin” olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib.

“Çeçenistan Respublikasının ərazisində hicabın məcburi geyinilməsi ilə bağlı “Əmr” barədə sosial şəbəkələrdə yalan məlumat yayılır. Bu məlumat həqiqəti əks etdirmir,” – deyə ÇR MRİ-nin Telegram kanalında yayımlanan açıqlamada bildirilib.

Qurum vətəndaşları yalan məlumat yaymamağa və qeyri-dəqiq mənbələrdən gələn xəbərlərə etibar etməməyə çağırıb.

 

 

Az.shafaqna