16 November 2026

BGMİ-də illik toplantı və Həzrət Zəhraya (s.ə) həsr olunan tədbir keçirilib

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin din xadimləri və axundlarının iştirakı ilə illik toplantı keçirilib.

Tədbirdə BGMİ Şeyxi Hacı Faiq Nəbiyev, onun müavinləri Hacı Rahid Kərimov, Hacı Qurban Murquzov, eləcə də ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən din xadimləri və axundlar iştirak ediblər.

İran və Türkiyə birlikdə Uhud döyüşünün bayraqdarı şəhid Müsəb ibn Ümeyrin həyatından serial çəkir

Çəkilişləri İranda başlayan "Müsəbin dəvəti" serialında türk və iranlı aktyorlar bir araya gətirilib. Türk rejissor Cem Akyoldaşın rejissorluğu ilə çəkilən serialın çəkilişləri təxminən iki aydır ki, İranda davam edir. Serial 16 bölümdən ibarət olması planlaşdırılır.

Çexiyada 450 min nəfər küçələrə axışdı: Son 37 ilin ən böyük etiraz aksiyası

Çexiyanın paytaxtı Praqada 450 minə yaxın insan hökumətin dövlət mediasının maliyyələşdirilməsi ilə bağlı islahat planına etiraz edib.

Bu barədə "The Insider" nəşri xəbər verir.

Məlumata görə, islahat planı Çexiya radio və televiziyasının tamamilə dövlət büdcəsindən maliyyələşdirilməsini, televiziya və radio üçün abunə haqlarının ləğvini nəzərdə tutur. Bundan əlavə, dövlətin mediaya ayırdığı vəsaitin 15% azaldılması planlaşdırılır.

Husilər Ər-Riyada ballistik raketlərlə zərbə endirdilər

Yəmənin üsyançı "Ənsar Allah" hərəkatına mənsub husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı beynəlxalq hava limanına və maliyyə mərkəzinə iki ballistik raketlə zərbə endiriblər.

Bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Saria özünün "Telegram" kanalında məlumat yayıb.

Bundan əlavə, Saria Yəmənin cənubundakı Ləhc əyalətində Səudiyyə Ərəbistanı qüvvələrinin mövqelərinə altı ballistik raketlə hücum edildiyini bildirib.

Əfsanələrin dueli 11 qolla yadda qaldı

“Barselona” və “Ayaks”ın əfsanəvi futbolçuları arasında keçirilən yoldaşlıq görüşü Kataloniya təmsilçisinin 7:4 hesablı qələbəsi ilə başa çatıb.

Noyabrın 15-də “Yohan Kroyff Arena”da keçirilən matç əfsanəvi futbolçu və məşqçi Yohan Kroyfun xatirəsinə həsr olunub. O, hər iki klubun tarixində mühüm iz qoyub.

Görüşün ən məhsuldar futbolçuları hərəyə 2 qol vuran Klas-Yan Huntelaar və Xavyer Saviola olublar.

Nəcəf Cümə İmamı: İranla münasibətlər xarici təzyiqlərə qurban verilməməlidir

Nəcəf Cümə İmamı Sədrəddin Kəbbənçi İraq hökumətinin İranla ortaq sərhədlərlə bağlı qərar qəbuletmə proseslərindəki uyğunsuzluqlarını tənqid edib.

Qərb oxunun və regional elementlərin iki qonşu xalq arasındakı dərin köklü əlaqələri pozmaq üçün göstərdiyi nəticəsiz səylərlə eyni vaxtda İraqın aparıcı dini və siyasi xadimləri bir daha İran İslam Respublikası ilə ortaq maraqları və strateji münasibətləri qorumaq öhdəliklərini vurğulayıbar.

4 ölkə humanitar yardımın Qəzza zolağına maneəsiz çatdırılması üçün çağırış edib

Böyük Britaniya, Avstraliya, Kanada və İtaliyanın xarici işlər nazirləri İsraili humanitar yardımın Qəzza zolağının bütün ərazilərinə dərhal və maneəsiz çatdırılmasına şərait yaratmağa çağırıblar.

Nazirlərin noyabrın 15-də yaydıqları birgə bəyanatda Qəzzada qışın başlaması ilə humanitar vəziyyətin ağırlaşdığı, son daşqınların əhalinin vəziyyətini daha da pisləşdirdiyi bildirilib.

MBH Bəhreyndə şiə inanclı şəxslərə qarşı həbsləri qınayıb

Bəhreyndə rejim uzun müddətdir şiə inancına qarşı repressiv siyasət yürüdərək bu inancın daşıyıcılarını hədəfə alır. ABŞ-nin İrana qarşı təcavüzkar hücumundan sonra isə bu təzyiqlər daha da intensivləşərək geniş vüsət alıb. Son bir neçə ay ərzində onlarla Cəfəri məzhəbinə mənsub şəxsin və nüfuzlu ruhanilərin həbs edilməsi bunun əyani sübutudur.