14 November 2026

AXCP Sabunçu rayon şöbəsinin sədri 30 sutka müddətinə inzibati qaydada həbs olunub

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Sabunçu rayon şöbəsinin sədri Elnur Yusubov 30 sutka müddətinə inzibati qaydada həbs olunub.

AXCP-dən Meydan TV-yə verilən məlumata görə, Yusubov noyabrın 13-də İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzindən ailəsinə zəng edərək həbs edildiyini bildirib.

Partiya deyir ki, o, sosial şəbəkədəki paylaşımlarına görə İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinib.

Anadolu: İsrail Qəzza səhiyyə xidmətlərinə 793 hücum edib; 1725 tibb işçisi şəhid olub

Anadolu Agentliyi sionist rejimin 2023-cü ilin oktyabr ayından bəri Qəzza zolağındakı səhiyyə mərkəzlərinə və xidmətlərinə hücumlarının 1725 səhiyyə işçisinin şəhid olması və bölgənin tibb infrastrukturuna ciddi ziyan vurduğunu açıqladı.

2023-cü ilin oktyabr ayında Qəzza zolağına qarşı müharibənin başlamasından bəri sionist rejimi bölgədəki səhiyyə mərkəzlərinə 793 hücum həyata keçirib və nəticədə 1725 tibb işçisi şəhid olub.

Husilər Ər-Riyad hava limanına yenə zərbə endirdi

Yəməndəki husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı beynəlxalq hava limanına və ölkənin neft infrastrukturuna yeni raket zərbələri endirdiklərini bəyan ediblər.

Bu barədə Yaxın Şərq mediası məlumat yayıb.

Husilərin sözçüsü Yəhya Sari zərbələrin Ər-Riyad Beynəlxalq Hava Limanını və Şərq-Qərb neft kəmərinin nasos stansiyasını hədəf aldığını bildirib.

Argentina Messinin gedişindən sonra ilk oyunda uduzdu

Argentina milli futbol komandası evdə Uruqvaya qarşı yoldaşlıq oyununda 1:2 hesabı ilə məğlub olub.

Bu barədə TASS məlumat verir. Argentinalıların müdafiəçisi Leonardo Balerdi 48-ci dəqiqədə topu öz qapısından keçirib. Uruqvay millisində isə 53-cü dəqiqədə Maksimiliano Arauxo hesabdakı fərqi ikiyə çatdırıb. Xulian Alvarezin 73-cü dəqiqədə fərqlənməsi isə Argentina millisi üçün təsəllidən başqa bir şey olmayıb.

Moskvadan Kabilə gələn 70 nəfərlik Rusiya nümayəndə heyəti Talibanla görüşüb

Rusiyanın Baş nazirinin müavini nəqliyyat, logistika, kənd təsərrüfatı və səhiyyə məhsulları sahələrində Taliban hökuməti ilə müqavilələr bağlamaq üçün Əfqanıstana 70 nəfərlik Rusiya nümayəndə heyətinə rəhbərlik edib. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk cümə axşamı günü Taliban hökuməti ilə işgüzar danışıqlar aparmaq üçün 70 rusiyalı iş adamından ibarət nümayəndə heyəti ilə Kabilə səfər edib. Əfqanıstan rəsmiləri bildiriblər ki, Overçuk paytaxtda mərasim qarovul dəstəsi tərəfindən qarşılanıb.

Dublində keçirilən Zirvə toplantısında qəbul edilən üç mühüm siyasi sənədin heç birinə Azərbaycan qoşulmayıb

Noyabrın 12-də Dublində keçirilən Avropa Siyasi Birliyinin Zirvə toplantısında Azərbaycan Prezident İlham Əliyev səviyyəsində təmsil olunub.

40-dan çox Avropa liderinin qatıldığı sammitdə təhlükəsizlik, miqrasiya və narkotiklərlə mübarizə üzrə üç mühüm siyasi sənəd qəbul edilib. Azərbaycan onların heç birinə qoşulmayıb.

Ən geniş sənəd “Avropa təhlükəsizliyinin əsas prinsipləri haqqında Bəyannamə”dir. Ona 39 dövlət qoşulub.

Dərbənddə təxribat - Quranın səhifələri cırılaraq dayanacağa atıldı

Dağıstanın Dərbənd şəhərində ictimai-dini sabitliyi pozmağa yönəlmiş təxribat xarakterli hadisə qeydə alınıb. Şəhərin mərkəzində yerləşən "Azadlıq" meydanındakı avtobus dayanacağında müqəddəs Quran kitabının cırılmış və ətrafa səpələnmiş səhifələri aşkar edilib. Hadisə yerli sakinlər və ictimaiyyət arasında ciddi narazılığa səbəb olub.

Hizbullah Bəhreyn xalqının repressiyalarını qətiyyətlə pisləyir

"Bəhreyn xalqını ədalətli şəkildə dəstəkləmək və məruz qaldıqları zülmü ifşa etmək üçün səsimizi ucaltmalıyıq; çünki rejim onların dinc etirazlarını müxtəlif üsullarla yatırır."

Hizbullah bəyanatında Livan xalqının İsrail işğalına müqavimət göstərərək Bəhreyn xalqına qarşı tətbiq olunan siyasi zülmü pislədiyini və onlara qarşı edilən rəftarın yenidən nəzərdən keçirilməsini tələb etdiyini açıqlayıb.

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Noyabrın 14-də Hörmüz boğazının şərq hissəsində dəniz minasına düşən tanker alovlanıb və hərəkət qabiliyyətini itirib.

İran dövlət teleradio şirkətinin məlumatına görə, bu barədə ölkə ordusunun Hərbi Dəniz Qüvvələrinin ictimaiyyətlə əlaqələr şöbəsi açıqlama yayıb.

Bildirilib ki, tanker əvvəlki xəbərdarlıqlara məhəl qoymayaraq izləmə və identifikasiya sistemlərini söndürüb və boğazın şərqində yerləşən təhlükəli, hərəkətin qadağan olunduğu zonaya daxil olub.

Hicab məhdudiyyətlərinə etiraz olaraq aclıq aksiyasına başlayan inanclıdan 20 gündən çoxdur xəbər yoxdur

Məktəblərdə hicab məhdudiyyətlərinə etiraz olaraq aclıq aksiyasına başlayan inanclı məhbus Elman Şeydayevdən 20 gündən çoxdur xəbər alınmadığı deyilir.

Yaxınlarının “Meydan TV”yə verdiyi məlumata görə, Şeydayev oktyabrın 16-dan aclıq edir. O, 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılarkən cəza kamerasına (“kars”) yerləşdirilib. Bundan sonra ailəsi onunla əlaqə saxlaya bilməyib.

Hicab məhdudiyyətlərinə etiraz olaraq aclıq aksiyasına başlayan inanclıdan 20 gündən çoxdur xəbər yoxdur

Məktəblərdə hicab məhdudiyyətlərinə etiraz olaraq aclıq aksiyasına başlayan inanclı məhbus Elman Şeydayevdən 20 gündən çoxdur xəbər alınmadığı deyilir.

Yaxınlarının “Meydan TV”yə verdiyi məlumata görə, Şeydayev oktyabrın 16-dan aclıq edir. O, 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılarkən cəza kamerasına (“kars”) yerləşdirilib. Bundan sonra ailəsi onunla əlaqə saxlaya bilməyib.